Şəmkirdə avtomobil qəzası olub, bir ailənin 4 üzvü xəsarət alıb


10:19     21 Sentyabr 2022 22_09_21_1663741172.jpg

Şəmkir rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılması nəticəsində, bir ailənin 4 üzvü - N.Abbasov, U.Abbasova, E.Abbasova və R.Abbasova xəsarət alıblar.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 685