Mingəçevirdəki vəziyyətlə bağlı - “Azərişıq”dan açıqlama


10:37     19 Fevral 2019 19_02_19_1550558325.jpg

Mingəçevir şəhərində elektrik enerjisinin verilməsində problem yaranması ilə bağlı yayılan məlumatlara rəsmi qurum münasibət bildirib.


“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Femida.az-a açıqlamasında bildirib ki, Mingəçevir şəhərinin 99 faiz hissəsində elektrik enerjisinin verilməsində problem yaşanmayıb:

“Sadəcə hava şəraiti ilə əlaqədar qabaqlayıcı tədbirlər görülməsi üçün 15-ci xətdə budaqlanma işləri aparılıb. Buna görə də şəhərətrafı qəsəbələrdə elektrik enerjisinin verilməsində müəyyən vaxt ərzində fasilə yaranıb. Daha sonra təmir işləri başa çatdırılıb və hazırda şəhər 100 faiz enerji ilə təmin olunur”.

Açar sözlər:

Oxunub: 472