Fətullah Gülən şəbəkəsi haqda kitab - BAKIDA
16:47 16 May 2015
“Yeni çağ” qəzetinin baş redaktoru Aqil Ələsgərin “Terrorun gülən üzü” adlı kitabı nəşr olunub.
Kitab Azərbaycanda getdikcə güclənən dini terrorizm dalğası və missioner fəaliyyətlərindən bəhs edir. Kitabda xüsusilə Fətullah Gülən şəbəkəsi ilə bağlı bu vaxta qədər Azərbaycanda yazılmayan həqiqətlərə işıq salınır.
“Terrorun gülən üzü” yazarın 2007-ci ildən günümüzə qədər dini sahədə apardığı araşdırmaların toplusudur.
Kitabda regionu və ölkəmizi təhdid edən dini təhlükə ilə bağlı maraqlı məlumatlar yer alır. Dini missionerlərin ölkəmizə hansı yollarla gəldiyinə, hansı resurslara sahib olduqlarına dair müfəssəl məlumat verilir.
Azərbaycanda bu sahədə yazılan ilk geniş kitab olan “Terrorun gülən üzü” İstanbulda nəşr edilib. Kitabın başqa dillərə tərcüməsi də nəzərdə tutulur.
Yaxın günlərdə imza günü keçiriləcək və kitab oxuculara təqdim ediləcək.
Oxunub: 501
Oxşar xəbərlər
- Fətullahı oğurlayıb gətirmək üçün 15 milyon dollar
- Fətullah Gülənə 130 gün vaxt verildi
- Fətullah Gülən vətəndaşlıqdan çıxarıldı
- Fətullah Gülənin iki qohumu saxlanıldı
- Fətullah Gülən evlənir
- Fətullah hərəkatı bu dəfə 540 hərbçiyə bulaşdı
- Fətullah Gülənin qardaşı tutuldu
- Fətullah Gülənin qardaşı qızı HƏBS EDİLDİ
- Fətullahçı prokuror özünü asdı
- Fətullah Gülənin həkimi tutuldu