Putindən ABŞ-a sərt xəbərdarlıq: “Raketlərimizin mənzilini hesablasınlar”


18:48     20 Fevral 2019 PUTIN-99.jpg

“Vaşinqton Avropada raket yerləşdirsə, Rusiyanın yeni raketləri Amerika Birləşmiş Ştatlarına hədəflənəcək”.

Bu sözləri bu gün Rusiya prezidenti Vladimir Putin Federal Assambleyaya müraciətində deyib.

O bildirib ki, nüvə qabiliyyətli bir planer və sualtı dronun sınaqdan keçirilməsi artıq başa çatdırılıb və iki raket də bu il ölkənin silahlanmasına daxil olmağa hazırdır.

Rumıniya və Polşaya “Tomahawk” raketlərinin yerləşdirilməsinin nüvə müqaviləsinin şərtlərini pozduğunu söyləyən Putin ABŞ-a sərt xəbərdarlıq edib.

“Rusiya təhlükənin gəldiyi və bu barədə qərarları qəbul edən mərkəzlərə qarşı istifadə edilə biləcək silahlar yaratmaq və inkişaf etdirməyə məcbur olacaq. Qoy onlar raketlərimizin mənzilini hesablasınlar”, - deyə o çıxışında qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 532