Putindən 9-cu dan qara kəmər geri alınır


19:57     28 Fevral 2022 22_02_28_1646060299.jpg

Ümumdünya Taekvondo Federasiyasının (WTF) Rusiya Prezidenti Vladimir Putindən fəxri 9-cu dan qara kəməri geri almaq qərarına gəlib.

Femida.az xəbər verir ki, bu barədə WTF-in rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, bu addım Ukraynaya hərbi müdaxilə ilə əlaqədar atılıb. Həmçinin qurumun təşkil edəcəyi yarışlarda Rusiya və Belarusun dövlət bayraqlarına və himnlərinin səslənməsinə icazə verilməyəcək.

Bundan başqa, hər iki ölkədə beynəlxalq dərəcəli yarışlar keçirilməyəcək.

Qeyd edək ki, Vladimir Putinə fəxri 9-cu dan qara kəmər 2013-cü ilin noyabrında verilib.

Açar sözlər:

Oxunub: 414