Göyçayda 2 maşın toqquşdu, yararsız hala düşdü


22:26     25 Fevral 2019 2019/02/823EA461-0B57-47E6-83B4-57A65765706F_1551119506.jpeg

Göyçayda iki minik avtomobilinin iştirakı ilə qəza baş verib.

Femida.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolununun 205 km-də qeydə alınıb. Magistiral yolun Göyçayın Bığır kəndi ərazisindən keçən hissəsində baş verən qəzada iki minik avtomobilinin toqquşması nəticəsində sürücülər canlarını xəsarətlə qutarsalar da, maşınlar yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 299