Qarabağda döyülən erməni əsgər cinsi zorakılığa məruz qalıb


19:16     27 Fevral 2019 ermeni%20esger%20mehvv.jpg

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində nizamnamədənkənar münasibətlər nəticəsində baş verən cinayətlər üzündən qalmaqallar səngimək bilmir.


Femida.az ordu.az-a istinadən xəbər verir ki, bu günlərdə 5-ci dağ atıcı alayında xidmət yoldaşları tərəfindən vəhşicəsinə döyülən əsgər Tavşyanın cinsi zorakılığa da məruz qaldığı iddia edilir. Bu barədə əsgərin yaxınları tərəfindən prokurorluğa yazılan şikayət ərizəsində bildirilir. Hərbi prokurorluq zabit Ardak Xaçatryandan hadisə ilə bağlı rəsmi məktub tələb edib.

Hərbi hissə komandanlığı hər vəclə hadisənin mənfi təsirini yüngüləşdirmək məqsədilə cinsi zorakılığı ört-basdır etməyə çalışsa da, artıq Karlen Babayan və Navik Melyan adlı hərbçilərin istintaqa cəlb edildiyi məlum olub.

Faktla bağlı araşdırma davam edir.

Femida.az

Açar sözlər:

Oxunub: 398