11 PKK üzvü saxlanıldı


14:35     28 Fevral 2019 pkk3.jpg

Türkiyənin İstanbul şəhərində polis növbəti xüsusi əməliyyat keçirib.


Femida.az-ın məlumatına görə, əməliyyat nəticəsində 11 PKK mənsubu saxlanılıb.

Qeyd olunur ki, saxlanılanlar gələn ay keçiriləcək bələdiyyə seçkiləri öncəsi terror aktları planlaşdırırmış.

Bundan başqa, bu gün Türkiyənin şərq vilayətlərində də əməliyyatların keçirildiyi bildirilib.

Xatırladaq ki, Türkiyədə bələdiyyə seçkiləri martın 31-i baş tutacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 362