Pakistan əsir götürdüyü pilotu sərbəst buraxdı


20:45     01 Mart 2019 19_03_01_1551458506.jpg

Xəbər verdiyimiz kimi, Pakistan iki gün öncə hava məkanını pozduğu səbəbiylə Hindistana məxsus təyyarəni vurmuş və pilotunu əsir götürmüşdü.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, aparılan danışıqlar nəticəsində Pakistan hökuməti pilot Abhinandan Varthamanı sərbəst buraxmağı qəbul edib.

O, bu gün Vaqah sərhəd məntəqəsində Hindistan rəsmilərinə təhvil verilib.

Qeyd edək ki, 26 fevralda Hindistanın iki qırıcısı Pakistanın hava məkanını pozduğu üçün vurulub. Bundan sonra Hindistan Pakistanın bir təyyarəsini yerə salıb.

Açar sözlər:

Oxunub: 325