Şübhəli bilinən 41 nəfər saxlanılıb - DİN MƏLUMAT YAYDI


10:59     02 Mart 2019 2019/03/ogrular-hebs_1551510036.jpg

2019-cu il mart ayının 1-dən 2-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 26 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 38 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 372