Düşmənə 92 atəş zərbəsi endirildi
14:54 25 Oktyabr 2015
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 84 dəfə pozub.
Müdafiə Nazirliyindən Femida.az-a verilən xəbərə görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Quşçu Ayrım kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Tərtər rayonunun Yarımca, Qızıloba, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 92 dəfə atəş zərbəsi endirib.
Oxunub: 1007
Oxşar xəbərlər
- Düşmənə əsir düşməmək üçün özlərini partlatdılar - 20 il ötür
- Düşmənə cavab zərbəsi: Erməni əsgəri ölümcül yaralandı
- Düşmənə güclü zərbə : 2 erməni məhv edildi
- Düşmənə 132 atəş zərbəsi endirildi
- Düşmənə 120 atəş zərbəsi endirilib
- Düşmənə 130 atəş zərbəsi endirildi
- Düşmənə 160 atəş zərbəsi endirildi
- Düşmənə 127 cavab zərbəsi endirildi
- Düşmənə ağır zərbə - Onlarla erməni öldürüldü (VİDEO)
- Düşmənə 102 atəş zərbəsi endirilib