Düşmənə 102 atəş zərbəsi endirilib
13:37 30 Noyabr 2015
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 100 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan və Dovex kəndlərində yerləşən mövqelərdən Azərbaycan Respublikası Qazax rayonunun Qızılhacılı, Quşçu Ayrım və Kəmərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Bundan başqa, Ermənistanın işğalı altında olan Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 102 dəfə atəş zərbəsi endirib.
Oxunub: 1019
Oxşar xəbərlər
- Düşmənə əsir düşməmək üçün özlərini partlatdılar - 20 il ötür
- Düşmənə cavab zərbəsi: Erməni əsgəri ölümcül yaralandı
- Düşmənə güclü zərbə : 2 erməni məhv edildi
- Düşmənə 132 atəş zərbəsi endirildi
- Düşmənə 120 atəş zərbəsi endirilib
- Düşmənə 130 atəş zərbəsi endirildi
- Düşmənə 160 atəş zərbəsi endirildi
- Düşmənə 127 cavab zərbəsi endirildi
- Düşmənə ağır zərbə - Onlarla erməni öldürüldü (VİDEO)
- Düşmənə 120 dəfə atəş zərbəsi endirildi