Düşmənə əsir düşməmək üçün özlərini partlatdılar - 20 il ötür


20:52     07 Aprel 2017 1429102806_88414.jpg

Əsir düşməmək üçün özlərini partladan yeddi kəşfiyyatçımızın ölümündən 20 il ötür.


Aprelin 10-da düşmən arxasına keçərək kəşfiyyat əməliyyatı aparan zaman mühasirəyə düşən, ancaq təslim olmayıb sona qədər döyüşüb şəhid olan yeddi döyüşçümüzün ölümünün 20 illiyidir.

1997-ci il aprelin 7-də iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Qarabağa göndərilir. Qrup düşmənin arxasına keçərək tapşırığı yerinə yetirir. Birincin qrup itkisiz qayıdır, lakin ikinci qrupu bir erməni görür. Və ermənilər xəbər tutur. Döyüş başlayır. Ermənilər kəşfiyyat qrupunu mühasirəyə alır və təslim olmalarını söyləyirlər. Təslim haqqında təklif döyüşçülərimiz tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayır.

Üç gün ərzində cəsur kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edir. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladırlar. 8 nəfər heyətdən ibarət olan qrupun yeddi üzvü şəhid olur, onlardan biri Əhmədov Aqil Mürsəl oğlu ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşür. Erməni məhkəməsi Aqilə güllələnmə də kəsir. Ancaq mərhum Prezidentimiz Heydər Əliyevin apardığı danışıqlardan sonra Aqili dəyişmək mümkün olur.

Yeddi şəhidimizin nəşi isə düşməndən alınaraq Bakıdakı II Şəhidlər xiyabanında dəfn edilir.

Şəhid olanların hər birini mərhum prezident Heydər Əliyev Azərbaycan Bayrağı ordeni ilə təltif edib:

Leytenant Ağayev Elxan Ataxan oğlu:
Leytenant Yarəhmədov Vüqar Rzaxan oğlu:
Çavuş Rzayev Anar Üzeyir oğlu;
Çavuş Mustafayev Dinar İbrahim oğlu;
Çavuş Həsənov Aqşin Əli oğlu;
Çavuş Ələkbərov Nizami Səfi oğlu;
Çavuş Cavadov Fariz Şamil oğlu;

Femida.az

Açar sözlər:

Oxunub: 33823