"Sovetski" və "Xutor" söküləcəkmi, Tağıyevin heykəli nə vaxt qoyulacaq? - Mer AÇIQLADI


11:33     09 Mart 2019 19_03_09_1552117080.jpg


"Bildiyiniz kimi, Bakının "Sovetski" kimi tanınan ərazisi ilə bağlı xüsusi plan hazırlanır".


Femida.az report-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

Onun sözlərinə görə, hazırda mütəxəssislər işləyir, maraqlı təkliflər hazırlanır, yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.

Eldar Əzizov "Xutor" qəsəbəsinin taleyi ilə də bağlı danışıb. O deyib ki, bu qəsəbədə evlərin kütləvi şəkildə sökülməsi nəzərdə tutulmayıb:

"Düzdür, Bakıda böyük nailiyyətlər var. Hər şəhərdə olduğu kimi, problemlər də mövcuddur. Məsələlərə ardıcıllıqla baxılır və ardıcıllıqla da məlumat veriləcək".

İcra başçısı bildirib ki, Bakıda görkəmli ziyalılarmıza heykəl qoyulması ilə bağlı dövlət başçısının tapşırığı var. Hazırda mütəxəssislər, memarlar bununla bağlı təkliflər hazırlayır:

"Bir sözlə, proses başlayıb. Bunlardan biri də Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulmasıdır. Hazırda memarlar təkliflərini hazırlayır, yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək".

Femida.az

Açar sözlər: #sovetski   #Xutor   #mer   #Bakı  

Oxunub: 857