"Sovetski"də böyük söküntünün ikinci mərhələsi başlayır


20:33     31 Yanvar 2018 18_01_31_1517402079.jpg

Bakı şəhərinin Baş Planına uyğun olaraq Yasamal Rayon İcra Hakimiyyəti Nəriman Nərimanov prospektində və ona bitişik küçələrdə ("Sovetski" adlanan ərazidə) yaşayış evləri və obyektlərin söküntü işləri ilə bağlı ikinci mərhələni başlamağı planlaşdırır.


Femida.az xəbər verir ki, "Sovetski"də genişmiqyaslı söküntünün ikinci mərhələsi başlamayıb, lakin buna hazırlıq gedir.

Xatırladaq ki, əvvəllər bildirilirdi ki, "Sovetski" ərazisində istifadəyə yararsız yaşayış evlərinin sökülməsi işlərinin davam etdirilməsi məqsədilə prezident İlham Əliyev 2018-ci ildə "Təzə Pir" məscidindən yuxarı - Nəriman Nərimanov prospekti və İsmayıl bəy Qutqaşınlı küçələri arasında yerləşmiş evlərin alınması barədə göstəriş verib. Bundan sonra ərazi təmizlənəcək.

Dövlət başçısının göstərişinin icrası məqsədilə Yasamal RİH müəyyən edib ki, Nabatxanım Aşurbəyova (keçmiş Mustafa Sübhi), Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasında 1130, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Çingiz Mustafayev və Mirzağa Əliyev küçələri arasında isə 880, yəni ümumilikdə 2010 ev və qeyri-yaşayış obyekti var.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ilin əvvəlindən başlayaraq Yasamal rayonunun "Sovetski" adlanan ərazisində indiyə qədər 26 hektardan çox sahəni əhatə edən ərazidə 4300-ə yaxın yaşayış obyektləri sakinlərlə əldə edilmiş razılığa uyğun olaraq satın alınaraq sökülüb.

Femida.az

Açar sözlər: #sovetski   #söküntü   #Yasamal  

Oxunub: 3300