İŞİD-in 4 silahlısı öldürüldü - TÜRKİYƏDƏ


13:58     26 Oktyabr 2015 56482.jpg


Türkiyənin Diyarbəkir əyalətində antiterror əməliyyatı keçirilib.
Femida.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyat nəticəsində İŞİD-in 4 silahlısı öldürülüb. Terrorçularla atışma zamanı iki polis həlak olub, ikisi yaralanıb.
Məlumata görə, əməliyyat əyalətin Kayapınar rayonunun Hüzurevlər məhəlləsində İŞİD-in təlim keçdiyi hücrə evində keçirilib.
Bölgədə əməliyyat davam etdirilir.

Açar sözlər:

Oxunub: 917