Turizm şirkətinin rəhbəri axtarışa verildi - İNTERPOLDA


14:46     26 Oktyabr 2015 AZZ.PNG


Azərbaycanda turizm şirkətlərindən birinin rəhbəri beynəlxalq axtarışa verilib.

Femida.az İnterpolun saytına istinadən verdiyi məlumata görə, 35 yaşlı Əhməd Məmmədov Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.

Ə. Məmmədov ölkədən qaçdığı üçün Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində həbsli axtarış elan edib və saxlanılması üçün İnperpola müraciət olunub.

APA-nın əldə etdiyi məlumata görə, Ə. Məmmədov Azərbaycanda fəaliyyət göstərən “Happy Qrup” turizm şirkətinin direktoru olub. İddialara görə, o müxtəlif şəxslərin etimadından sui-istifadə edərək 300 min manata yaxın pul mənimsəyib.

Şikayətçilərdən birinin APA-ya verdiyi məlumata görə, Ə. Məmmədov təkcə Azərbaycan deyil, Rusiya hüquq-mühafizə orqanları tərəfində də axtarılır. Onun Rusiya vətəndaşlarına qarşı da dələduzluq etdiyi bildirilir.


Femida.az

Açar sözlər:

Oxunub: 730