Turizm sektorunda artım var


21:31     22 Aprel 2016 Baki%20(2)_50QCENAT.jpg

Dünya Səyahət və Turizm Şurası ötən il turizm və aviadaşımaların Ümumi Daxili Məhsula verdiyi töhfələrə görə ölkələrin adlarını açıqlayıb.


Femida.az xəbər verir ki, açıqlanan 10 ölkə arasında Azərbaycan ikinci yerdədir. Belə ki, ötən il ölkə turizmində 27,3 faiz artım qeydə alınıb. Sıralamada Myanma 10, Vyetnam 9, İslandiya 8, Tanzaniya 7, Tailand 6, Gürcüstan 5, Paraqvay 4, Qətər 3, Azərbaycan 2, Uganda ən yüksək göstərici ilə 1-ci yerdədir.

Dünya Səyahət və Turizm Şurası Azərbaycanı Venesiyanın “dəqiq oxşarı” və çox kiçik ölçülü kitablara sahib ölkə kimi təqdim edib.

Bundan başqa, BMT-nin Ümumdünya turist təşkilatı ötən il ən çox səfər edilən 10 ölkənin də adını açıqlayıb. Siyahıya Fransa (86,3 milyon insan), ABŞ (77,9 milyon) və İspaniya (68,1 milyon) liderlik edib. Sıralamada, həmçinin Çin, Rusiya, İtaliya, Türkiyə, Almaniya, Böyük Britaniya və Meksikanın da adı var.

Açar sözlər:

Oxunub: 935