Əlcəzair hökuməti etirazçılara məğlub oldu


22:59     11 Mart 2019 19_03_11_1552330834.jpg

Əlcəzair hökuməti ölkədə keçirilən kütləvi etiraz aksiyaları ilə əlaqədar istefaya gedib.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident dəftərxanası rəsmi məlumat yayıb.

Qeyd edək ki, fevralın 22-dən başlayaraq Əlcəzairdə prezient Əbdüləziz Buteflikanın yenidən seçkilərdə iştirakına qarşı kütləvi etiraz aksiyaları keçirilir. Etirazlar fonunda Əbdüləziz Buteflika ölkədə prezident seçkilərinin təxirə salındığını, növbəti seçkilərə getməyəcəyini açıqlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 353