Gəncədə yanğın olub, bir nəfər xəsarət alıb


23:20     11 Mart 2019 yangin_386736368.jpg

Gəncə şəhərinin Kəpəz rayonunda yanğın baş verib.

Femida.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 50 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 16 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 309