Fədayə Laçının məhkəmə tərkibinə etirazı təmin edilməyib
17:52 12 Mart 2019
Bu gün Bakı Apellyasiya Məhkəməsində məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.
Femida.az-ın xəbərinə görə, hakim Elmar Rəhimovun sədirliyi ilə keçirilən prosedə prosesdə vəkillərin məhkəmə heyətinə etirazları barədə qərar elan olunub.
Qərara əsasən, etiraz təmin edilməyib, təqsirləndirilən şəxslərin şikayətlərinə məhkəmə istintaqı aparılmadan baxılacaq.
Növbəti prosesi martın 18-nə təyin edilib.
Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvətalma) maddəsi isə ittihamdan xaric olunub. Hökmdən narazı qalan F.Laçın və digərləri apellyasiya şikayəti veriblər.
Femida.az
Oxunub: 388
Oxşar xəbərlər
- Fədayə Laçın həbsxanada başına gələnlərdən danışır (VİDEO)
- Fədayə Laçının azadlıqda ilk - FOTOSU
- Fədayə Laçın azadlığa buraxılıb
- Fədayə Laçın azadlığa çıxır - Vəkili AÇIQLADI
- Fədayə ilə birgə həbs edilən polkovnik azadlığa çıxdı
- Fədayə Laçının azadlığa çıxacağı dəqiq tarix bəlli oldu
- Fədayə Laçın azadlığa çıxmağa hazırlaşır
- Fədayə Laçının yeni görüntüləri yayılıb (VİDEO)
- Fədayə Laçın 12-ci dəfə də məhkəməyə gətirilmədi
- Fədayə Laçının məhkəməsi təxirə düşdü