"Qarabağa getmək istəyirəm" şüarı altında moda kolleksiyası - VİDEO


10:40     14 Mart 2019 2019/03/419758403_3105092904.jpg

Norveçdə yaşayan əslən azərbaycanlı dizayner Şərvin Nəcəfpur Türkiyənin Antalya şəhərində keçirilən Moda Həftəsində "I'm a Star" ("Mən ulduzam") adlı yeni kolleksiyasını təqdim edib.


Femida.az bildirir ki, "Evimə - Qarabağa getmək istəyirəm" şüarlı kolleksiyanın təqdimatında modellər podiuma çıxarkən Ermənistan işğalında olan Azərbaycan şəhər, rayonlarının (Xankəndi, Şuşa və s.) adları ekranda göstərilib və “Justice for Khojaly” (“Xocalıya ədalət!”) sözü yazılıb.

Dəfilə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.



Qeyd edək ki, Şərvin Nəcəfpur təkcə məşhurlar üçün deyil, Norveçin kral ailəsinin üzvləri üçün də geyimlər hazırlayır. O, Antalyadakı moda nümayişi əsnasında çəkilən şəkilləri Instagramdakı səhifəsində paylaşıb. Onun bu paylaşımları erməniləri qıcıqlandırıb və onlar dizaynerin səhifəsini şikayət edərək bloklanmasına səbəb olublar.



Femida.az

Açar sözlər:

Oxunub: 1592