Gürcüstanda Azərbaycan vətəndaşına 15 il həbs verildi
18:52 15 Mart 2019
Ötən ilin mayında Türkiyədən Gürcüstana narkotik vasitələri qanunsuz keçirməyə cəhd edən Azərbaycan vətəndaşının məhkəməsi keçirilib.
Axalkalaki Rayon Məhkəməsi Ş.H. adlı Azərbaycan vətəndaşını ittiham üzrə günahkar olduğunu sübut edib.
Məhkəmənin qərarı ilə 1982-ci il təvəllüdlü Azərbaycan vətəndaşı 15 il müddətinə azadlıqdan məhrum olunub. Həmin şəxsin narkotik vasitələri Gürcüstana keçirdiyi avtomobili dövlət hesabına müsadirə olunub.
Qeyd edək ki, Azərbaycan vətəndaşı 2018-ci ilin mayın 7-də Gürcüstan-Türkiyə sərhədində yerləşən “Kartsaxi” sərhəd-keçid məntəqəsində saxlanılıb. Ona məxsus “Mercedes Benz” markalı avtomobildə axtarış zamanı ümumi çəkisi 11,1992 qram olan 1 400 ədəd suboksin həbi aşkar olunub. / Report
Femida.az
Oxunub: 327
Oxşar xəbərlər
- Gürcüstanda matəm elan olunub
- Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanılıb
- Gürcüstanda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
- Gürcüstanda azərbaycanlı gəncin meyiti tapılıb, yaxınları öldürüldüyünü iddia edir
- Gürcüstanda iki dəfə zəlzələ olub
- Gürcüstandan iki nəfər Azərbaycan vətəndaşı deportasiya edilib
- Gürcüstanda hərbi bazada hərbçinin meyiti aşkarlanıb
- Gürcüstanda 20 ildir axtarılan şəxs Azərbaycanla sərhəddə həbs edilib
- Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq
- Gürcüstanda azərbaycanlıların toyundan sonra qarşıdurma olub, xəsarət alanlar var