Keçmiş məhkum bıçaqlanıb - Bakıda


13:06     27 Oktyabr 2015 b2b6520b-d6fe-43ad-814e-de6423a7779c.jpg

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.


APA-nın məlumatına görə, rayon sakini, 37 yaşlı Şirməmməd Qafarovun Zirə qəsəbəsinin Ağamalı küçəsi 64 ünvanında tanımadığı şəxslə mübahisəsi düşüb. Mübahisə zamanı naməlum şəxs Şirməmməd Qafarova bıçaqla xəsarətlər yetirib. Yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyata olunub və həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinə məlumat verilib. İlkin məlumata görə, Şirməmməd Qafarov əvvəllər məhkumluq həyatı da yaşadığı məlum olub.

Xəzər polisi hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin axtarışlarını davam etdirir. Faktla əlaqədar cinayət işi başlanılıb.

Açar sözlər:

Oxunub: 1101