Göyçayda 2 piyada qadını avtomobil vurdu

Göyçayda 2 piyada qadını avtomobil vurdu


10:09     25 Mart 2019 piyadada.jpg


Göyçayda iki piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə şəhərin mərkəzi küçələrindən birində baş verib.

Şəhər sakinləri, 2001-ci il təvəllüdlü Aslanova Nigar Zakir qızı və 1981-ci il təvəllüdlü Abdulrahmanova Samirə Rafiq qızı naməlum avtomobil tərəfindən vurulub.

Piyadalar Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. / Trend

Femida.az

Açar sözlər:

Oxunub: 149