4 erməni azərbaycanlını vəhşicəsinə öldürdü – TƏFƏRRÜAT


16:59     27 Oktyabr 2015 1433577294_633337583877752402_mesar_palestina7.jpg

Rusiyada bir qrup erməni azərbaycanlını qətlə yetirib.


AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 39 yaşlı Azərbaycan vətəndaşı bu ilin sentyabrında itkin düşüb. Onun itkin düşməsi ilə bağlı rus həyat yoldaşı sentyabrın 15-i polisə müraciət edib. Bundan sonra Rusiya İstintaq Komitəsi faktla bağlı araşdırmalara başlayıb.

İş üzrə şübhəli bilinən milliyətcə erməni olan dörd nəfər saxlanılıb. Onlardan biri Ermənistan, digərləri isə Rusiya vətəndaşlarıdır. Onlar sentyabr ayının 14-ü gecə saatlarında Puşkina şəhərində Setevoy küçəsində yerləşən restoranlardan birində baş verən qarşıdurma nəticəsində azərbaycanlını döyüb, daha sonra həmyerlimizi “Volkswagen Touareg” markalı avtomobilin yük yerinə qoyublar.

Onlar qurbanı Moskva şosesindən iki kilometr aralıda, Tosneysk rayonun Qırmızı Bor qəsəbəsində yük maşınından çıxardaraq ona bel nahiyəsindən 13 bıçaq zərbəsi vurublar. Daha sonra qətlə yetirilən şəxsin meyiti basdırılıb, maşını isə yandırıblar.

Qətldə şübhəli bilinən ermənilərdən ikisi həbs edilib, ikisi isə şərti azadlığa buraxılaraq, ölkədən çıxışlarına məhdudiyyət qoyulub.

Açar sözlər:

Oxunub: 1084