48 yaşlı qadını it dişləyib


23:55     20 Dekabr 2017 it%20disledi7.jpg

Şəki rayon sakinini it dişləyib.


Femida.az -ın məlumatına görə, rayonun Kiçik Dəhnə kənd sakini, 1969-cu il təvəllüdlü Maygül Fərman qızı Bədirova bu gün it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) gətirilib.

Sahibsiz it Maygül Bədirovanın yaşadığı həyətə girərək ona hücum edib. Hər iki qolundan xəsarətlər alan qadına tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Açar sözlər:

Oxunub: 657