Əbülfəs Qarayev UNESCO-nun baş direktoru ilə görüşüb
11:19 28 Mart 2019
Mədəniyyət naziri Əbülfəs Qarayev Fransada səfər çərçivəsində UNESCO baş direktoru Odri Azule ilə görüşüb.
Femida.az xəbər verir ki, görüşdə Azərbaycan-UNESCO əlaqələrinin hazırkı vəziyyəti, cari ilin 2-3 may tarixində UNESCO-nun əsas tərəfdaşlığı ilə Bakıda keçiriləcək 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 30 iyun-10 iyul tarixində Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıq və digər birgə layihə və proqramlarla bağlı fikir mübadiləsi aparılıb.
Ə.Qarayev ölkə rəhbərliyinin salamlarını xanım Azuleye çatdıraraq Azərbaycanın UNESCO ilə əməkdaşlığın inkişafına, dünyada təşkilatın ideallarının yayılmasına daima sadiq olduğunu və təşkilat ilə çoxsaylı birgə layihələrin həyata keçirilməsinə verdiyi töhfələrin davamlı olacağını bildirib.
UNESCO-nun baş direktoru Azərbaycanla əməkdaşlığın səviyyəsindən razılığını qeyd edərək, ölkəmizdə keçiriləcək mühüm beynəlxalq tədbirlərin bilavasitə UNESCO ilə bağlı olduğunu və təşkilatın bu prosesdə fəal rol oynayacağını bildirib. Nazir Ümumdünya İrsi və Qeyri-maddi mədəni irsin reprezentativ siyahılarına daxil edilmiş Azərbaycanın mədəniyyət və irs nümunələri barədə xanım Azuleye məlumat verib. Həmçinin Dünya İrs Komitəsinin sədri kimi Azərbaycanın dünyada münaqişə ərazilərində və təbii fəlakətlər vəziyyətində mədəni irsin qorunması məsələsinin aktuallığını diqqətdə saxlayacağını diqqətdə çatdırıb.
Xanım Azule qeyd edilən məsələlərin UNESCO üçün də ciddi əhəmiyyət kəsb etdiyini qeyd edərək, cari ilin noyabr ayında təşkilatın qərargahında keçiriləcək Mədəniyyət Nazirlərinin konfransı və 25-26 aprel tarixində Cenevrədə keçiriləcək Hərbi münaqişələr zamanı mədəni mülkiyyətin qorunması konvensiyası ilə bağlı keçiriləcək tədbir çərçivəsində Nazirlər paneli barədə məlumat verib və nazir Ə.Qarayevi həmin tədbirlərə dəvət edib.
Femida.az
Oxunub: 366
Oxşar xəbərlər
- Əbülfəs Qarayevin dövründəki yeyintilərlə bağlı cinayət işi açıldı
- Əbülfəs Qarayev Parisdə rəsmi görüşlər keçirib
- Əbülfəs Qarayev Kolumbiya səfiri ilə görüşüb
- Əbülfəs Qarayev Özbəkistan Prezidenti ilə görüşüb
- Əbülfəs Qarayev Salyanda qəbul keçirəcək
- Əbülfəs Qarayev Qırğızıstan nümayəndə heyəti ilə görüşüb
- Əbülfəs Qarayev baş nazirlə görüşüb
- Əbülfəs Qarayev və müavinləri vətəndaşları qəbul edəcək
- Əbülfəs Qarayev Pires ilə görüşüb
- Əbülfəs Qarayev gənc liderlərlə görüşüb