Nasaz avtomobil qəzaya səbəb oldu - VİDEO


13:15     28 Mart 2019 2019/03/695c9bd1a547604_1553764599.jpg

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.


ONA-nın məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, Rəşad İsmayılovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil nasaz olduğu üçün aşağı sürətlə hərəkət edirmiş. Bu zaman arxadan yüksək sürətlə gələn və Vidadi İsmayılovun idarə etdiyi "Mercedes" markalı avtomobil "Jiquli"yə çırpılıb. Nəticədə sonuncu avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.


Açar sözlər: #qəza   #Video  

Oxunub: 1415