İsrail raket buraxdı, iranlı əsgərlər həlak oldu


15:56     28 Mart 2019 19_03_28_1553774261.jpg

Londonda mərkəzləşən “Suriya insan haqları müşahidə qrupu” (SOHR) Hələb rayonunun Şeyx-Nəcar sənaye zonasındakı İran hərbi anbarlarına endirilən aviazərbələrin fəsadları barədə dəqiqləşdirilmiş məlumat dərc edib.


Bu barədə 9tv.co.il məlumat yayıb.

SOHR-un məlumatına görə, İsrail hava qüvvələrinin endirdiyi raket zərbələri nəticəsində azı 11 iranlı hərbçi, o cümlədən, iranpərəst suriyalı döyüşçülər həlak olub.

İtki sayının artacağı istisna edilmir, belə ki, aviazərbələr nəticəsində çox sayda döyüşçünün ağır yaralandığı bildirilir.

İrana aid silah-sursat anbarları ilə yanaşı, İran silahlı qüvvələrininin Hələb yaxınlığındakı qərargahının hava hücumuna məruz qaldığı bildirilir.

Açar sözlər:

Oxunub: 423