Həmsədrlər Vyanada erməni nazirlə görüş keçirir


17:44     28 Mart 2019 2019/03/758ADB12-9962-4CF9-A920-D3D9A3BE398A_1553780790.jpeg

Hazırda Vyanada ATƏT-in Minsk qrupu həmsədrləri ilə Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçirilir.

Femida.az “news.am” saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib.

Qeyd edək ki, bu gün Vyanada həmçinin, həmsədrlərin Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla da görüşü planlaşdırılıb. Daha sonra isə Azərbaycan və Ermənistan xarici işlər nazirlərii birgə görüş keçirəcəklər.

Sabah isə Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Avstriya paytaxtında Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüş baş tutacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 379