Azərbaycanlılar video-oyunlara milyonlar xərcləyir - Reytinq


18:29     29 Mart 2019 19_03_29_1553864199.jpg

Dünyanın ən böyük video oyunları bazarı reytinqində Azərbaycan 61-ci yerdə qərarlaşıb.

Femida.az xəbər verir ki, bu məlumatı “Newzoo” analitik şirkəti yayıb. Məlumata görə, keçən il ərzində azərbaycanlılar video oyunlar üçün 85 milyon dollar xərcləyiblər. Azərbaycan bu göstəriciyə görə MDB ölkələri arasında 4-cü yerdə qərarlaşıb. Belə ki, Rusiya siyahıda 11-ci (1,657 milyard dollar), Qazaxıstan 44-cü (207 milyon dollar), Ukrayna 46-cı (179 milyon dollar) pillədə özünə yer edib.

Yeni tərtib olunan reytinqdə ilk pillələri Çin, ABŞ və Yaponiya tutub. Çinlilər keçən il ərzində video oyunlar üçün 34,4 milyard dollar, amerikalılar 31,5 milyard dollar, yaponlar isə 17,7 milyard dollar xərcləyiblər.

Açar sözlər:

Oxunub: 366