Azərbaycanlılar Niderland polisinə təşəkkür ediblər
15:11 29 İyul 2020
Niderland Krallığında yaşayan azərbaycanlılar ölkə polisinin Haaqa şəhər bölməsinə təşəkkür məktubu ilə müraciət ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Femida.az-a verilən məlumata görə, müraciətdə bildirilib ki, iyulun 17-də Azərbaycanın Niderlanddakı səfirliyinin önündə erməni icmasının 7 saatlıq aksiya keçirmək cəhdi əslində məkrli niyyətə xidmət edib. Onlar 30 il davam edən Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin ermənilər tərəfindən zəbt olunmasına və Qarabağdan çox uzaqda yerləşən Azərbaycan sərhəddində erməni silahlı qüvvələrinin atəşkəsi pozaraq hərbçiləri və mülki şəxsləri öldürməsinə etiraz edən azərbaycanlı icmasını qıcıqlandırmaq və təxribata cəlb etmək məqsədi güdüblər.
Buna görə də soydaşlarımız hər hansı təxribatın baş verməməsi üçün səfirliyin ərazisində toplaşaraq, ermənilərin yerli ictimaiyyətdən əsl həqiqəti gizlətmək və yalan məlumatlandırmaq cəhdinə etirazlarını bildiriblər. Amma azərbaycanlıların bu nəcib hərəkəti belə ermənilərin azğın əməllərə yol verməsinin qarşısını almayıb. Ermənilər dinc və sakit aksiya keçirəcəkləri haqqında verdikləri vədlərini pozaraq, insanların hisslərinə, sərhəddə öldürülən azərbaycanlıların ruhuna hörmətsizlik edərək, mitinq yerində diskoteka təşkil ediblər və insani dəyərlərlə bir araya sığmayan təhqiredici şüarlar səsləndiriblər. Bununla da kifayətlənməyib, səfirliyin həyətində toplaşan azərbaycanlılara şüşə su qabları və daş atmağa başlayıblar.
Soydaşlarımız xüsusilə qeyd ediblər ki, məhz mitinqə nəzarət edən polislərin erməni təxribatlarına vaxtında və çevik müdaxiləsi nəticəsində insidentlərin qarşısı alınıb və Belçikadakı hadisələr Niderlandda baş verməyib.
Oxunub: 727
Oxşar xəbərlər
- Azərbaycanlılara qarşı soyqırımından 104 il ötür
- Azərbaycanlılara işgəncə verən ermənilərin məhkəməsi keçirilib
- Azərbaycanlılara qarşı ermənilərin nifrət cinayətləri - HESABAT
- Azərbaycanlılar Britaniya hökumətinə və beynəlxalq təşkilatlara müraciət edib
- Azərbaycanlıların soyqırımı qurbanları Şuşada anılıb
- Azərbaycanlılar bir ildə Türkiyədə 1300-ə yaxın ev alıb
- Azərbaycanlılar Belçika bələdiyyəsinin Qarabağla bağlı qərarını dəyişdirdi
- Azərbaycanlılara işgəncə vermiş erməni həbs olundu
- Azərbaycanlılar BMT-nin qərargahı qarşısında aksiya keçirdi
- Azərbaycanlıların yaşadığı bu kəndləri su basdı