Xızıda partlamamış hərbi sursatlar tapılıb
09:31 01 Aprel 2019
Daxili İşlər Nazirliyinin (DİN) “102” xidməti-zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Femida.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DİN-in Xızı rayon Polis Şöbəsinin əməkdaşları əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Xızı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə ərazidə otlaq sahəsinə baxış keçirilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 17 ədəd partlamamış hərbi sursat (PHS), 79 ədəd tərkibində heç bir partlayıcı maddə olmayan mərmilər və qumbaralar aşkarlanıb, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partlamamış hərbi sursat (PHS) ətrafında 1,000 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Femida.az
Oxunub: 304
Oxşar xəbərlər
- Xızıda yük avtomobili aşıb, xəsarət alan var
- Xızıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var
- Xızıda taksi sürücülərini aldadan şəxs saxlanılıb
- Xızıda “Qrad” mərmisi tapıldı
- Xızıda polis yolda qalan sürücülərə kömək edib
- Xızıda avtomobil qarlı yolda qalıb, xilasedicilərə müraciət olunub
- Xızıda "TIR" traktorla toqquşub, ölən və xəsarət alanlar var
- Xızıda dağlıq ərazidə baş verən yanğın söndürülüb
- Xızıda 2 il axtarışda olan şəxslər tutulub
- Xızıda yaşayış binasında narkotik becərən şəxs saxlanıldı