Qaydasız döyüşçü 17 yaşlı gənci idman fəndi ilə qətlə yetirdi - Lənkəranda


12:22     06 Aprel 2019 19_04_06_1554539150.jpg


Lənkəran rayonunda qətl hadisəsi baş verib.

Femida.az Report-a istinadən xəbər verir ki, hadisə Digah kəndi ərazisində qeydə alınıb.

Belə ki, Digah kənd sakini, 2001-ci il təvəllüdlü Əkbər İlkin oğlu Quliyev həmkəndlisi, 2002-ci il təvəllüdlü Şamil Əmirəstan oğlu Bağırovu şəxsi münaqişə zəminində boğaraq qətlə yetirib. O, həmkəndlisini idman fəndi işlədərək boynunu sındırıb. Daha sonra meyiti kəndin kənarındakı sahibsiz yarımçıq tikilidə gizlədib. Ş.Bağırovun ailə üzvləri övladlarının Bakıda olduğunu bildikləri üçün onun evə gəlməməsi barədə polisə müraciət etməyiblər.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Quliyev saxlanılıb. Meyit gizlədildiyi yerdən götürülərək Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb və müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

Qeyd edək ki, Ə.Quliyev bir neçə il qaydasız döyüş növü ilə məşğul olub.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Lənkəran   #qətl  

Oxunub: 1436