Lənkəranda avtomobil kanala aşıb, ata ölüb, oğlu xəsarət alıb
10:52 03 Sentyabr 2022
Lənkəran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Kərgəlan kəndi ərazisində qeydə alınıb.
Belə ki, avtomobil idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb.
Nəticədə avtomobildə olan ata və oğul xəsarət alıblar.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılardan biri - atanın həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, qəzaya avtomobilin sərxoş vəziyyətdə idarə olunması səbəb olub.
Meyit müayinə olunması üçün aidiyyati üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 3260
Oxşar xəbərlər
- Lənkəranda yaşayış evi yanıb, bir nəfər xilas olunub
- Lənkəranda 47 yaşlı kişi qətlə yetirilib
- Lənkəranda avtomobillər toqquşub, ölən var
- Lənkəranda sərxoş sürücünün avtomobilində 6 kq-dan artıq narkotik aşkarlanıb
- Lənkəranda 9 yaşlı uşaq yük maşınının altında qalaraq ölüb
- Lənkəranda qadın polisə bilərəkdən yalan məlumat verib
- Lənkəranda 10 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb
- Lənkəranda bıçaqlanan 27 yaşlı gənc xəstəxanada ölüb
- Lənkəranda müəllim intihar edib
- Lənkəranda iki həftədir axtarılan kişi ölü tapılıb