Şəmkirdə mikroavtobus qəzaya uğradı: yaralananlar var


10:30     07 Aprel 2019 Qeza2.jpg

Bakı-Qazax magistral yolunda ağır yol-nəqliyyat qəzası baş verib.

Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində "Ford" markalı mikroavtobus minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan ikisi Şəmkirdə, ikisi də Gəncədə xəstəxanaya yerləşdirilib.



Xəsarət alanlardan üçünün adı məlumdur: Qocayev Anar Raqif oğlu (1974-cü il təvvəllüd), Qurbanov Niyazi Hörmət oğlu (1967-ci il təvəllüd), Rüstəmov Müşfiq (1973-cü il təvəllüd).

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #qəza  

Oxunub: 365