Ağdaşda məktəb direktorunun qoyunlarını canavar parçalayıb


18:10     07 Aprel 2019 canavar.jpg

Ağdaş rayonunda canavarlar xırda buynuzlu heyvanları parçalayıb.

Femida.az ONA-ya istinadən xəbər verir ki, bu gün rayonun Yenicə kənd orta məktəbinin direktoru Cəmil İbrahimova məxsus qoyunlar örüş sahəsində olarkən qəflətən canavarların hücumuna məruz qalıb.

Yırtıcılar 2 baş qoyunu öldürüb, 3 baş qoyunu yaralayıb. Məlumata görə, iki gün öncə kəndin daha iki sakininə məxsus 7 baş qoyun canavar hücumuna məruz qalaraq tələf olub.

Femida.az

Açar sözlər:

Oxunub: 394