Bakıdan Türkiyəyə gedən şəxs itkin düşdü


09:39     10 Aprel 2019 itkin%20düşüb6.jpg

Bakıdan Türkiyəyə gedən azərbaycanlı itkin düşüb.

Femida.az Trend-ə istinadən xəbər verir ki, bu barədə polisə Bakı şəhəri, Səbail rayonu Bibiheybət qəsəbəsində kirayədə yaşayan, 1999-cu il təvəllüdlü Fidan Atayeva müraciət edib.

O bildirib ki, onunla birlikdə yaşayan həyat yoldaşı, 1993-cü il təvəllüdlü Ayxan İsmayılov aprelin 4-də yaşadığı evdən çıxaraq Türkiyəyə işləməyə getdiyini deyib, həmin vaxtdan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 284