Azərbaycanda gündəlik neft hasilatı 800 min barelə yaxın olub - Son bir ayda


17:06     10 Aprel 2019 neft5.jpg


Azərbaycanda mart ayı üzrə gündəlik neft hasilatının həcmi 798 min barel olub.


Bunu Femida.az-a Energetika Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bunun 714 min barrelini xam neft, 84 min barrelini kondensat təşkil edib. Gündəlik 586 min barrel xam neft, 84 min barel kondensat, 19,7 min barrel isə neft məhsulları ixrac edilib.

Energetika Nazirliyi mart ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, cari ilin I rübü ərzində orta gündəlik neft hasilatı 799 min barel təşkil edib.

2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın təxminən 20 min barel azaldılması ilə bağlı öhdəlik götürüb.

Femida.az

Açar sözlər: #neft  

Oxunub: 420