Bu dövlətdə hərbi çevriliş oldu - SON DƏQİQƏ! (VİDEO)


09:48     11 Aprel 2019 2019/04/xw_1562180_1554961933.jpg

Sudanda ordu hərbi çevriliş edib.


Femida.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Al-Mayadin” telekanalı məlumat yayıb.

Hərbçilər Prezident Ömər əl-Bəşirin vəzifədən uzaqlaşdırıldığını, səlahiyyətlərinin əlindən alındığını və hökumətin buraxıldığını elan edib. Prezident iqamətgahı hərbçilər və zirehli texnika ilə mühasirəyə alınıb.

Hərbçilər Sudanda bir müddətdir hakimiyyəti ələ keçirməyə çalışırdılar.


Yenilənib: 10:14

Hərbi çevriliş nəticəsində Sudan Prezidenti Ömər əl-Bəşir hakimiyyətdən devrilib.

Məlumatı “Al-Arabiya” televiziyası yayıb.

Ömər əl-Bəşir ev dustaqlığında saxlanılır, onun mühafizəçisi həbs olunub.

“Al-Hadath” telekanalının məlumatına görə, minlərlə insan küçələrə çıxaraq, Ömər əl-Bəşir rejiminin son çatmasını bayram edir.

Açar sözlər: #Sudan   #Hərbi_çevriliş  

Oxunub: 1956