Güləşçimiz erməni dünya çempionunu məğlub etdi
17:02 12 Aprel 2019
Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.
Femida.az-ın məlumatına görə, 87 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı idmançı 1/4 finalda dünya çempionu və son qitə çempionatının qalibi Maksim Manukyana qalib gəlib - 6:1. O, ilk hissədə rəqibi üzərində 4:1 hesablı üstünlük əldə edib. İkinci yarıda isə Azərbaycan təmsilçisi daha 2 xal qazanıb.
Bununla da Abbasov ötən il Macarıstanın paytaxtı Budapeştdəki dünya çempionatında bürünc medal uğruna görüşdə Ermənistan təmsilçisi Artur Şahinyana məğlubiyyətin əvəzini çıxıb. Yarımfinalda onun rəqibi belaruslu Nikolay Stadub olacaq.
Daha əvvəl Avropa çempionatının qalibi olan sərbəst güləşçilərdən Hacı Əliyev (65 kq) ermənistanlı Vazgen Tevanyana, gümüş medal qazanan Ağahüseyn Mustafayev (70 kq) isə David Safaryana qalib gəlib.
Qeyd edək ki, bu gün Azərbaycanın digər yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq), Elvin Mürsəliyev (77 kq) və Sabah Şəriəti (130 kq) mübarizəyə qoşulub. / Report
Femida.az
Oxunub: 606
Oxşar xəbərlər
- Azərbaycan Güləş Federasiyasına daha bir milyon manat ayrılıb - SƏRƏNCAM
- Azərbaycan güləşçisi ikiqat Avropa çempionu olub
- Azərbaycanın daha 2 güləşçisinin medal görüşlərindəki rəqibləri bəlli olub
- Avropa çempionatı: Azərbaycanın titullu güləşçisi finala yüksəlib
- Azərbaycan və Ermənistan güləşçiləri arasında insident baş verib
- Azərbaycanın sərbəst güləş yığması Avropa çempionu olub
- Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasına 1 milyon manat ayırıb
- Azərbaycanın sərbəst güləş yığması Avropa çempionu olub
- Azərbaycanın daha bir sərbəst güləşçisi qızıl medal qazanıb
- Azərbaycan güləşçisi erməniyə qalib gələrək Avropa çempionu olub