Azərbaycanın daha bir sərbəst güləşçisi qızıl medal qazanıb


10:17     13 Mart 2022 22_03_12_1647112697.jpg

Azərbaycanın sərbəst güləşçisi İslam İlyasov Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Femida.az -ın məlumatına görə, 97 kq çəki dərəcəsindən çıxış edən idmançı finalda almaniyalı Yohannes Mayerlə üz-üzə gəlib.

Rəqibinə 5:3 hesabı ilə qalib gələn İlyasov Avropa çempionatının qalibi olub.

79 kq-dakı Əşrəf Aşırov bolqarıstanlı Oktay Hasanı məğlub edərək bürünc medala sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Zirəddin Bayramov (65 kq) qızıl, Tofiq Əliyev (57 kq) bürünc medala yiyələnib.

Açar sözlər:

Oxunub: 433