Qadın güləşçimiz növbəti Azərbaycana növbəti medalı qazandırdı


21:15     12 Aprel 2019 19_04_12_1555089422.jpg

Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Femida.az xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda görüşdə Bolqarıstan təmsilçisi Nikolova Xristovanı məğlub edib.

Qeyd edək ki, Azərbaycanın digər qadın güləşçisi Tatyana Omelçenko (62 kq) "bürünc" üçün ukraynalı İlona Prokopevnyuku sınağa çəkəcək. Elis Manolova (65 kq) isə finalda Rumıniya idmançısı Krista İnçenin müqavimətini qırmağa çalışacaq.

Femida.az

Açar sözlər: #güləş  

Oxunub: 502