Külli miqdarda narkotik dövriyyədən çıxarılıb


14:28     18 Aprel 2019 19_04_18_1555583362.jpg

Salyan RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında Çadırlı kənd sakini, əvvəllər məhkum olunmuş T.Həmzəyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 8 ədəd çətənə kolu, habelə gizlətdiyi 3 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nərimankənd kənd sakini Ə.Soltanovun evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilən 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Açar sözlər:

Oxunub: 379