Silsilə qətllər törədən taksi sürücüsü tutuldu


18:14     29 Oktyabr 2015 taksi49.jpg

Rusiyanin Novosibirsk şəhərində 4 qətl törətdiyini etiraf edən 39 yaşlı yerli sakin saxlanılıb.


APA-nın “LifeNews”-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

Bundan əvvəl dəfələrlə mühakimə olunan taksi sürücüsünün qurbanları əsasən qadınlar olub.

31 yaşlı birinci qurbanın cəsədi 2015-ci ilin iyulunda Novosibirsk əyalətinin Moşkovsk rayonunda tapılıb. 3 aydan sonra isə 28 yaşlı digər qurban Kalininsk rayonunda aşkarlanıb.

Aparılan ekspertiza nəticəsində cinayətkarın kimliyi müəyyənləşib.

Hazırda işlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 1136