Silsilə oğurluq edən şəxslər tutuldu


22:44     13 İyul 2016 cinayet%20tutul%20azadliq%20ogur.jpg

Qusar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində rayonda silsilə oğurluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.


Urva kənd sakini Şahin Əlirzayev polisə xırdabuynuzlu heyvanlarının naməlum şəkildə itməsi ilə bağlı müraciət edib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə təqsirli bilinən 2 nəfər - Qusar rayon sakinləri, əvvəllər məhkumluq həyatı yaşayan 33 yaşlı Tərlan Babayev və 24 yaşlı Cəmil Şahbazov saxlanılıb.

Aparılan araşdırmalar zamanı adıçəkilən şəxslərin rayon ərazisində silsilə oğurluqlar törətdiyi müəyyənləşib. Onlar müxtəlif vaxtlarda Qusarın Urva, İmamqulukənd, Xuray və Hil kəndlərində, ümumilikdə 12 vətəndaşa məxsus 40 başdan çox mal-qara oğurlayıblar.

Faktla bağlı cinayət işi başlanıb. (apa)





Femida.az

Açar sözlər:

Oxunub: 1323