Silsilə oğurluq törədən şəxslər yaxalanıb


18:33     21 Aprel 2016 ogru5.jpg

Bakıda silsilə oğurluqlar törədən şəxslər tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-dən aprelin 18-dək olan müddətdə 17 paytaxt sakininə məxsus evlərdən pul, qızıl, gümüş, geyim və məişət əşyaları oğurlamış, habelə 2 mənzildən oğurluğa cəhd göstərmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Zöhrab Rəhimov, Samir Sultanov, Elməddin Abbasov, Ərxan Novruzov və Murad Musayev tutulublar.

Açar sözlər:

Oxunub: 1660