Salyanda “OKA” aşdı - 4 yaşlı uşaq öldü


11:57     19 Aprel 2019 19_04_19_1555660720.jpg


Bu gün Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndindən keçən 27-ci km-də minik maşını idarəetməni itirərək aşıb.


Femida.az-ın virtualaz.org-a istinadən məlumatına görə, Salyan rayonunun Şəkərli kəndində yaşayan 36 yaşlı Səxavət Səlamət oğlu Rzayev idarə etdiyi 52 BF 103 dövlət nömrə nişanlı “OKA” markalı minik maşınında hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşıb.

Hadisə nəticəsində avtomaşında olan azyaşlı sərnişin - 2015-ci ildə anadan olmuş Ələt qəsəbə sakini Mayıl Babalar oğlu Əhlimanov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Avtomaşının sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Salyan  

Oxunub: 2196