Salyanda vətəndaşların kartlarından pul oğurlayan şəxs saxlanılıb
09:55 28 Sentyabr 2022
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara məxsus bank kartlarından pul oğurlayan şəxs saxlanılıb. Araşdırmalarla onun rayon sakini Akif İbrahimov olduğu müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olduğunu bildirib.
İstintaq zamanı məlum olub ki, A.İbrahimov rayon ərazisində yerləşən bankomatların qarşısında dayanaraq əvvəlcə ondan kömək istəyən şəxslərin kart məlumatlarını əldə edib, daha sonra isə zərərçəkənlərə kartlarında pul olmadığı bildirib. Zərərçəkmişlər ordan uzaqlaşdıqdan sonra isə həmin kart məlumatlarını öz mobil telefonuna əlavə edərək, kartların balansında olan pul vəsaitlərini istifadəsində olan başqa bir karta köçürərək vətəndaşların pullarını ələ keçirib.
Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları Akif İbrahimovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in "102" xidmətinə, həmçinin Salyan RPŞ-ə müraciət etmələri xahiş olunur.
Oxunub: 1400
Oxşar xəbərlər
- Salyanda yol qəzasında xəsarət alan şəxslər xəstənada ölüb
- Salyanda iki yük maşını toqquşub, xəsarət alanlar var
- Salyanda 4 yaşlı uşağı ilan sancıb, vəziyyəti ağırdır
- Salyanda traktorla avtomobil toqquşub, xəsarət alanlar var
- Salyanda avtomobil maneəyə çırpılıb, ana və övladları xəsarət alıb
- Salyanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs cərimələnib
- Salyanda 14 yaşlı yeniyetmə itkin düşüb
- Salyanda iki avtomobil toqquşub, ata və oğlu xəsarət alıb
- Salyanda baş verən qətlin bəzi təfərrüatları məlum olub
- Salyanda yol qəzası olub, ölən və yaralananlar var